“310 məktəbdə əyani tədris bərpa olunub” –Mehriban Vəliyeva

Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbdə əyani tədris bərpa olunub”.

Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son günə qədər təmir gedən məktəblərdə də işlər tamamlanıb: “Həmin məktəblər bu gün şagirdlərin ixtiyarına verilib. Bu il Bakıda tikilən yeni 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib:

“3 məktəbdə isə tikinti işləri davam edir”,-deyə BŞTİ müdiri qeyd edib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

İki türk hər gün evdə bir qram qızıl əldə edir –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi