34 yaşlı Qabriel Attal Fransanın yeni Baş naziri təyin edildi

1200x675_cmsv2_1a80e911-5768-5db2-96a3-41d7d3634801-8159836

Qabriel Attal Fransanın yeni Baş naziri təyin edilib.

Azpost.info xəbər verir ki, 34 yaşlı Attal Fransa tarixində bu vəzifəni tutan ən gənc siyasətçidir.

Son beş ayda Q.Attal Fransanın təhsil naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Fransa hökumətinin rəsmi nümayəndəsi postunu tutub.

Qabriel Attal bu vəzifədə Elizabet Bornu əvəz edəcək.

Azpost.info