34 yaşlı Qabriel Attal Fransanın yeni Baş naziri təyin edildi- FOTO

Qabriel Attal Fransanın yeni Baş naziri təyin edilib.

Azpost.info xəbər verir ki, 34 yaşlı Attal Fransa tarixində bu vəzifəni tutan ən gənc siyasətçidir.

Son beş ayda Q.Attal Fransanın təhsil naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Fransa hökumətinin rəsmi nümayəndəsi postunu tutub.

Qabriel Attal bu vəzifədə Elizabet Bornu əvəz edəcək.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.