38 yaşlı kişi ilə 14 yaşlı qız nişanlanıb? –

Masallıdan açıqlama: "Qarşısını aldıq, ana başa düşməyib"
08 İyun 2021 - 11:29

“Mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 38 yaşında kişinin nişan mərasimi keçirilib”.

Bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub: “14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq.

Xəbər rezonans doğurub. Masallının Bədəlan kəndin icra nümayəndəsi məsələ ilə bağlı danışıb: “Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq”.
deyə Yeniavaz.com-a açıqlama verən sözügedən kəndin icra nümayəndəsi Hacırza Nağıyev bildirib.

O bildirib ki, ana qarşı tərəfə rədd cavabı verib və övladını oxudacağını deyib: “Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq. İcra hakimiyyətindən nümayəndələr, polis əməkdaşları və məktəbin direktoru ilə birlikdə gedib qızın özü və anası ilə söhbətləşdik. İzah etdik ki, bu qeyri-qanuni addımdır. Bildirdik ki, söz kəsilməsi də məktəbli uşaq üçün həmyaşıdları arasında problemlərə səbəb ola bilər. Onlar da bizimlə razılaşdılar. Məsələni aktlaşdırdıq. Ana da bildirdi ki, başa düşməyib və qarşı tərəfə rədd cavabı verib. O övladını oxudacağını bildirdi. Qızın atası dünyasını dəyişib”.