Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub”

User 27 May 2026 - 11:15 (Last updated: 27 May 2026 - 10:40)
sahil babayev

Bu ilin yanvar-aprel aylarında dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti təxminən 91,5 ABŞ dolları təşkil edib.

Bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.

“Dövlət büdcəsində neftin orta çəkili qiyməti 65 ABŞ dolları müəyyən edilib. Orta satış qiymətini 91,5 ABŞ dollar olması Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Eynilə qazın qiymətləri də büdcədə nəzərdə tutulmuş rəqəmlərə nisbətən yüksəkdir. Bu da büdcə gəlirlərinə müsbət təsir göstərir. Yəni bizim gəlirlərimiz artır və bu rəqəmlərin müsbət təsirləri, əlbəttə, imkan verəcək ki, biz büdcə gəlirlərini daha optimal idarə edək”, – deyə o qeyd edib.

Bundan başqa, nazir xatırladıb ki, istənilən dövlət büdcəsi kəsirlə tərtib olunur: “O kəsirin maliyyələşdirilməsi üçün də həmin il üzrə borclanma nəzərdə tutulur ki, həmin kəsir borclanma vasitəsilə təmin olunsun. Bizim əlavə gəlirlərimiz imkan verəcək ki, cari il ərzində əlavə borclanmanı minimallaşdıraq. O gəlirlər məhz həmin kəsirin örtülməsində istifadə olunsun. Ona görə də bu, bizim müsbət seqmentimizdir. Paralel olaraq, neft gəlirlərinin böyük hissəsi də məhz Neft Fondunun ehtiyatlarının artımına gedəcək”.

AzPost.az

Post navigation

Previous: Var-dövlət toplamağınıza mane olan vərdişlər hansılardır?
Next: Azərbaycanda ən çox sürülən avtomobil markaları –

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.