4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub- Komitə

Sosial şəbəkə platformalarında və xəbər portallarında Bakıda ananın dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, qadının kimliyi müəyyən olunub.

“Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır”, – deyə o qeyd edib.

Əvvəlki məqalə

Ekvador polisi banan qutularında Rusiyaya göndərilən 3 ton kokaini müsadirə edib

Sonrakı məqalə

Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında üçtərəfli görüş başlayıb