4 yaşlı uşaq “ASAN Xidmət”in binasında yıxılıb öldü

Şəki “ASAN Xidmət”də uşaq yıxılıb ölüb.

AzPost Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında dörd yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.