400 ton kartof, 134 ton kələm, 167 ton yağ… –Sülhməramlılar Laçın yolu ilə Xankəndinə nə daşıyır? /SİYAHI

Rusiya sülhməramlı qüvvələri Laçın yolu ilə Qarabağ erməni sakinlərinə müxtəlif təyinatlı məhsullar daşıyıb. 
Azpost.info bildirir ki, hərbi jurnalist, araşdırmaçı Asəf Quliyev 2022-ci il dekabrın 12-dən 2023-cü il martın 8-nə qədər Laçın yolu aparılan məhsulların siyahısını təqdim edib. O, qeyd edib ki, bu siyahıda olanlar müxtəlif mənbələrdən əldə edilib.
Sülhmıramlılar ermənilərə nə gətirib? 
– alkoqolsuz içkilər 39 ton;
– şirniyyat 115 ton;
– yağlar (əsasən bitki yağları) 167 ton;
– konserv 185 ton;
– fərdi quru ərzaq payı 16 ton;
– ət 16 ton;
– dondurulmuş balıq 14 ton;
– dondurulmuş toyuq 42 ton;
– yumurta 43 ton;
– un 38 ton;
– süd məhsulları 52 ton;
– kartof 483 ton;
– kələm 134 ton;
– qarabaşaq 159 ton;
– şəkər 133 ton;
– noxud 16 ton;
– buğda 118 ton;
– makaron 161 ton;
– lobya 137 ton;
– ət məhsulları 50 ton;
– mərcimək 7 ton;
– yerkökü 80 ton;
– tərəvəz 24 ton;
– uşaq yeməkləri 3 ton;
– düyü 173 ton;
– qarışıq ərzaq məhsulları 316 ton;
– duz 40 ton;
– soğan 90 ton;
– meyvə 471 ton.
– salfet 13 ton;
– siqaret 14-18 min blok
– dəmir profil-2 ton;
– dəmir odun sobaları-1 kamaz avtomobili həcmində;
– süni odun 7 ton;
– plastik qablar 7 ton;
– elektrik kabelləri-11 min metr Uzunluğunda 11 ton ağırlığında;
– internet avadanlıqları bir avtomobil həcmində;
– suvarma sistemi avadanlıqları 2 kamaz avtomobili həcmində;
– heyvan yemi 170,5 ton;
– mühərrik yağı 18 ton;
– avtomobil şinləri 10 ton;
– 10 elektrik generatoru və 3 tranformator;
– akkumulyator 10 ədəd;
– yanacaq-1250 ton.
– yuyucu vasitələr 70 ton;
– bezlər 4 ton;
Göstərilən məhsullar arasında ermənilərin “Hayer Miatsek” təşkilartının sifarişi ilə daşınanlar da var.
Azpost.info
Əvvəlki məqalə

Fazil Mustafaya qarşı terrora görə saxlanılanlardan biri İrandan onu ölümlə hədələyən şəxsin qardaşıdır

Sonrakı məqalə

İranda hicabsız qadınlar universitetlərdə təhsil ala bilməyəcək