441 futbolçu maddi təzminat üçün FİFA-ya müraciət edib.
Apasport.az saytının məlumatına görə, onlar ali futbol qurumundan maaşlarının ödənilməsini tələb edib.
Həmin oyunçuların klubları koronavirus pandemiyası səbəbindən borcu ödəyə bilməyənlər, iflas uğrayanlardır. FİFA-ya müraciət edən futbolçuların 81 faizi Avropa klublarında çıxış edir. Qurum Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) tərəfindən müraciətləri qəbul edir.