5 generator, 7 transformator, 37 milyon dollar…- Yaponiya Kiyevə yardımını açıqladı

Yaponiya Ukraynaya dron aşkarlama sistemlərinin alınması üçün NATO fonduna 37 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kiyevdə mətbuat konfransında bildirib.

XİN rəhbəri Rusiyanın Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə Yeni il bayramları zamanı davam edən hücumlarını pisləyib.

“Yaponiya Ukraynada sülhün yenidən hökm sürməsi üçün Kiyevi dəstəkləməkdə qərarlıdır”, – o deyib.

Nazirin sözlərinə görə, Yaponiya hakimiyyəti Ukraynanın qış dövründən çıxmasına kömək etmək üçün beş mobil qaz turbin generatoru və yeddi transformator təqdim edib.

Yoko Kamikava yanvarın 7-də elan olunmamış səfərlə Kiyevə gəlib və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Kamikava Buça və İrpinə də baş çəkib.

Yaponiyanın Kiyevdəki səfirliyindən bildirilib ki, bu, 2023-cü ilin sentyabrında vəzifəyə gəldikdən sonra XİN rəhbərinin Ukraynaya ilk səfəridir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.