5 prokuror vəzifədən azad edilib

10 Yanvar 2022 - 12:10

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə ötən ilin yekunları ilə bağlı Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib