Qazaxıstanda polis generalı intihar edib-Təhlükəsizlik polkovnikinin meyiti tapılıb

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi, general Janat Süleymenov intihar edib.

“Sputnik Qazaxıstan”nın verdiyi məlumata görə, hadisənin digər detalları açıqlanmır.

Digər yerli KİV və “Teleqram” kanalları isə ölkəni bürüyən kütləvi iğtişaşlar fonunda generala qarşı cinayət işinin başlandığını, onu tribunal gözlədiyini yazır.

Bildirilir ki, J. Süleymenov Taraz şəhərində iğtişaşların qarşısını almaq üçün lazımı addımlar atmadığına dair ittihamla üzlədiyini biləndən sonra bu addımı atıb.

Maraqlıdır ki, 59 yaşlı general bir neçə gün əvvəl regionun komendantı təyin olunub.

Daha bir ciddi insident isə paytaxt Nur-Sultanda qeydə alınıb.

Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2022-ci il yanvarın 10-da Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayevin meyiti yaşadığı evin həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır.

Qazaxıstan mediasında polkovnikin intiharı ilə bağlı da versiyalar dərc olunub.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci il yanvarın 2-də başlayıb. Manqistau vilayətinin Janaozen və Aktau sakinləri maye qazın bahalaşmasına etiraz ediblər, sonra etirazlar ölkənin müxtəlif regionlarına yayılıb.

Prezident Kasım-Jomart Tokayev respublikada fövqəladə vəziyyət tətbiq edib, hökuməti istefaya göndərib. Onun xahişi ilə KTMT ölkələri Qazaxıstana sülhməramlı birləşmələr göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

5 prokuror vəzifədən azad edilib

Sonrakı məqalə

“Qazaxıstandakı situasiya hamıya aiddir…”Maydan texnologiyası”dır” –