50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər- Reytinq agentliyi

Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər.

Azpost.info info xəbər verir ki, bunu ACRA reytinq agentliyinin rəhbəri Mixail Suxov bildirib.

Onun sözlərinə görə, bankların ölkədən getmə səbəbləri daha çox onların növləri ilə müəyyən edilir: “Banklar üç qrupa ayrılır. Birinciyə xarici maliyyə institutları daxildir. Onların Rusiyadan getmə sürəti inzibati qərarlardan, baş ofis tənzimləyiciləri ilə münasibətlərdən və gedişin özü üçün nə qədər faydalı olacağından asılıdır. Hazırda ölkədə 50-dən çox xarici kredit təşkilatı fəaliyyət göstərir, lakin onların bir sırasının kapitalı dost dövlətlərin nəzarətindədir və buna görə də onlar bağlanmağı planlaşdırmırlar”.

Suxova görə, ikinci kateqoriyaya böyük şirkətlərə və ya müəssisələrə məxsus kiçik banklar daxildir: “İndiki şəraitdə gəlir mənbələrini genişləndirmək üçün bu banklar kredit bazarlarına çıxmalıdır, lakin aşağı kapitalla bunu hamısı edə bilməyəcək”.

Ekspert üçüncü qrupa daha böyük qruplara daxil olan bankları daxil edib: “İri xarici bankların Rusiya bazarını tərk etmə ehtimalına gəlincə, bundan sonrakı qərarlar onların sahiblərindən və menecerlərindən asılı olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Trampın məhkəmədə çıxışının video çəkilişinə icazə verilməyib

Sonrakı məqalə

REAL Partiyası 5 min üzvünün siyahısını Ədliyyə Nazirliyinə göndərdi