Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“6 ayda 74 min nəfər işlə təmin edilib” –

User 18 İyul 2025 - 13:06 (Last updated: 18 İyul 2025 - 13:06)
mesqulluq sedr

“Cari ilin 6 ayı ərzində 807 nəfər kvota yerləri üzrə olmaqla, ümumilikdə 74 min nəfər işlə təmin edilib“.

AzPost bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, o cümlədən 9 min 800 nəfər özünüməşğulluq proqramına, 761 nəfər əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına, 6 min 100 nəfər peşə hazırlığına, 139 min 600 nəfər peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub.

Özünüməşğulluq proqramı ilə bağlı ümumi statistikaya gəlincə isə, indiyədək bu proqram çərçivəsində 95 mindən artıq şəxs öz bilik və bacarıqlarına uyğun sahələr üzrə müvafiq aktivlərlə təmin edilib.

S.Əliyev deyib ki, agentlik tərəfindən qadınların məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Cari ilin 6 ayı ərzində agentlik tərəfindən 24 min 400 qadın münasib işlə təmin edilib (onlardan 208-ü kvota üzrə, 328 nəfər isə əməkhaqqının birgə maliyyələşdirilməsi üzrə), 3 min 400 nəfər özünüməşğulluq proqramına, 3 min 900 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

DMA tərəfindən gənclərin məşğulluğunun dəstəklənməsi və əmək bazarına inteqrasiyası məqsədilə bir sıra aktiv məşğulluq proqramları həyata keçirilib. Təkcə cari ilin 6 ayı ərzində agentlik tərəfindən ümumilikdə 28 min 283 nəfər gənc işlə təmin olunub. Bu kateqoriyadan olan 1643 nəfər özünüməşğulluq proqramına, 2 min 886 nəfəri isə peşə hazırlığına cəlb edilib. Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi proqramı üzrə 276, kvota yerləri üzrə isə 28 nəfər işlə təmin olunub.

AzPost.az

Post navigation

Previous: Ağdam şəhərində körpələr evi-uşaq bağçası istifadəyə verilib
Next: Ermənistanda 27 il sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.