Növbəti aylarda da sertifikatlaşdırma imtahanı keçirilə bilər.
Bunu Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov mətbuat konfransında deyib.
O bildirib ki, yaşı 60 və 60-dan yuxarı müəllimlərin sertifikasiyada könüllü iştirakı ilə bağlı qaydalar təsdiqləndikdən sonra, onlar da iştirak edə biləcəklər.
İnstitutun mərkəz rəhbəri Nəzakət Mehdiyeva isə qeyd edib ki, həmin şəxslərin hazırda iştirakının ləğvi barədə qərar müəllimlərin müraciətləri əsasında qəbul olunub. (APA)