Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

600 bal toplayan abituriyentlərin kəsilməsinə əsas səbəb nə olub?

User 23 Avqust 2025 - 14:16 (Last updated: 23 Avqust 2025 - 14:10)
İmtahan

İmtahan

Ötən gün Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Belə ki, 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstərdikləri üçün müsabiqədən keçə bilməyiblər.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, bu, gözlənilən bir hal idi:

“Böyük ehtimalla onlar keçən ilin keçid ballarını əsas götürərək seçim ediblər. Bu il isə tibbin keçid balının qalxacağını nəzərə almayıblar. Nəticədə həmin abituriyentlər üçün qəbul imkanı məhdudlaşıb. Bu il tibb ixtisasının keçid balı 624 olub. Hətta mən müsahibəmdə qeyd etmişdim ki, təxminən 625 bal ətrafında olacaq və belə də oldu.

3-cü ixtisas qrupunda isə vəziyyət daha da gərgin olub. Ciddi şəkildə balların yüksəldiyi müşahidə edilib. Xüsusilə regionşünaslıq kimi ixtisaslarda 50-60 bala qədər artım baş verib. 1-ci qrupda isə əksinə, bəzi ixtisaslar istisna olmaqla ballarda müəyyən eniş müşahidə olunub. 2-ci qrupda isə 5-15 bal arası artım qeydə alınıb ki, bu da əvvəlcədən təxmin olunmuşdur”.

Hüquq ixtisasının keçid balı bu il 621 olub

“Keçən il bu göstərici 613 idi. Burada xüsus təminatlı akademiyalara gedən abituriyentlərin bal və say məlumatları bəlli olmadığından dəqiq təhlil çətindir.5-ci ixtisas qrupunda da balların artdığı görülüb. Yəni ümumilikdə, 1-ci ixtisas qrupu istisna olmaqla, digər qruplarda ballar artıb. 3-cü və 5-ci ixtisas qruplarında isə boş qalan yerlərin ya çox az olacağı, ya da heç olmayacağı ehtimal olunur.

Təəssüf ki, bu il də bəzi yüksək ballı abituriyentlər düzgün seçim edə bilmədikləri üçün qəbul şanslarını itiriblər. Keçid ballarının artımını nəzərə almayıblar. Bu səbəbdən narahatlıqlar və problemlər yaşanıb.

Boş qalan yerlərə qəbul zamanı isə blok imtahanında 100 balı keçənlərin qəbul olmaq şansı daha yüksək olacaq. Əgər boş yerlər qalsa, onların qəbul prosesi mümkündür. Amma blok imtahanında 100 balı keçməyənlər üçün müsabiqə çox çətin olub və bəzi hallarda qəbul mümkün olmayıb. Xüsusilə 3-cü və 4-cü ixtisas qruplarında vəziyyət daha gərgin olub. 2-ci qrupda isə bu göstərici bir qədər yumşaq keçib.1-ci qrupda balların düşməsinə baxmayaraq, blok imtahanında 100 balı keçə bilməyənlər üçün də müsabiqə kifayət qədər çətin olub”,- deyə ekspert fikrini tamamlayıb.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Telefonda sosial şəbəkəni izləmək gözü yorur

Oxşar xəbərlər

urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35

xƏBƏR

budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
2027-ci ilin dövlət büdcəsi ilə bağlı açıqlanan proqnozlar gələn il əhalinin gəlirlərində artım gözləntilərini yenidən gündəmə gətirib....
Read more about 2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı
Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir? urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50
Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR

User 06 Noyabr 2026 - 12:45
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.