7 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə AYNA məlumat yayıb.

Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti,
61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.