“700 balı heç vaxt təhsilin keyfiyyəti hesab etməmişəm” –

NAZİR
07 Sentyabr 2021 - 15:32

“Bu il maksimal sayda abituriyent tələbə adını qazanıb”.

Bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 700 balı heç vaxt təhsilin keyfiyyəti hesab etməyib: “Qəbul planlarının 90 faizindən çoxunun dolması təhsil üçün yaxşı xəbərdir. Bəzi fənlərdə nəticələr ötən illərə nisbətən yuxarıdır”.