7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sakinlərin ictimai nəqliyyata olan tələbatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti MİDA Yasamal Yaşayış Kompleksinə təşkil olunub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.