“80 manat veteran pulu çox azdır, artırmaq lazımdır” –Deputatdan etiraz

“Azərbaycanın yüksək adına 80 manat veteran pulu çox azdır. Bunu artırmaq lazımdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, müharibədə yaralanmayan şəxslər də dövlət qayğısı ilə əhatə olunmalıdır: “İndi biri gedib döyüşüb, yaralanmayıb, amma elə kontuziya alıb ki, onu qayğıdan diqqətdən kənarda qoymaq olmaz. Bu məsələyə daha çox diqqət ayırmaq lazımdır”.

Əvvəlki məqalə

“Əmək naziri yoxsul ailədən olsaydı kasıblığın nə olduğunu bilərdi” –

Sonrakı məqalə

Bu günə qədər ölkədə meymunçiçəyi qeydə alınmayıb –