1990-cı illərin məşhur estrada muğənnisi Nailə Əliyevanın səsi dinləyicilərin yaxşı yadındadır. Lakin karyerasının ən parlaq zamanında Nailə Əliyeva musiqini tərk etdi. O zamandan keçən 28 il ərzində onun hara və nə işlə məşğul olması tamaşıçlar üçün maraqlı idi.
Azpost.info bildirir ki, jurnalist Aytac Sahəd Nailə Əliyevanı axtarıb tapıb.
Jurnalist bildirib ki, N.Əliyeva Bakıda yaşayır və ailəlidir. O, jurnalistə deyib ki, sənətdən öz istəyi ilə ayrılıb və hazırda xoşbəxt bir həyatı var.
“Nailə xanım onu xatırlayanlara, yaradıcılığını sevənlərə təşəkkürünü bildirdi və onlara xoş niyyətlərini çatdırmağımı istədi. Müsahibə vermək isə istəmədi”-deyə A.Sahəd bildirib.