Sudanda yenə hərbi çevriliş olub –Baş nazir həbs edildi

Oktyabrın 24-dən 25-nə keçən gecə Sudanda növbəti hərbi çevriliş olub.

Paytaxt Xartumu ələ keçirən ordu hissələri generalları dəstəkləməkdən imtina edən Baş nazir Abdalla Hamduku ev dustaqlığına alıblar. Eyni zamanda, nazirlər və parlament üzvləri həbs edilib.

“Əl Hadat” telekanalının məlumatına görə, hökumət və parlament binaları mühasirəyə alınıb, Xartum Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hafiz Hacıyev süni nəfəs aparatından ayrılıb

Sonrakı məqalə

Bakıda Ziya Bünyadov prospektində qumbara tapılıb –