Ermənistan parlamentinin deputatları Xankəndinə səfərə gəlir.
Azpost.info bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı spiker Alen Simonyan sərəncam imzalayıb.
Nümayəndə heyəti bu gün Xankəndinə gələcək. Dekabrın 3-5 tarixlərində burada separatçı guruhla birgə dinləmlərdə iştirak edəcək.
Deputatların sırasına komissiya sədri Sisak Qabrielyan, deputatlar Taqui Kazaryan, Lilit Qalstyan, Asmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan, Knyaz Həsənov və ekspertlər daxildir.
Rəsmi Bakı Rusiya sülhməramlılarından xaricdən gələn şəxslərin Qarabağa buraxılmamasını tələb edib və bununla bağlı bir neçə dəfə narazılığını bildirib.