Xocavənddə erməni bizim hərbçiyə hucum edib, silahını almaq istəyib –Təxribatçı zərərsizləşdirilib (RƏSMİ)

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

“Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır”, – MN-in məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin “Hürkuş” təyyarəsi Azərbaycanda sınaqdan keçirilib – FOTO

Sonrakı məqalə

Ermənistan parlamentinin deputatları Xankəndinə gəlib –