ABŞ Rusiyanın Ukrayna ilə bağlı tələbini rədd etdi

blinken

“NATO-nun qapıları Ukrayna üçün açıq qalır”

Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibi Blinken keçirdiyi brifinqdə bildirib.

Blinken qeyd edib ki, ABŞ Moskvaya təqdim etdiyi yazılı cavabda öz mövqeyini dəyişməyib.

ABŞ Rusiyanın əsas tələbi olan Ukraynanın NATO-ya üzv olmaması və NATO-nun Şərqi Avropadan öz qüvvələrini çıxarmaq barədə tələbini rədd edib.

“Heç bir dəyişiklik baş verməyib. Heç bir dəyişiklik olmayacaq. NATO-nun qapıları açıq olaraq qalacaq. Bu bizim öhdəliyimizdir”-deyə Blinken vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir