Şimali Koreya on milyonlarla kriptovalyuta oğurlayıb –

bitokin

2020-ci ildən 2021-ci ilin ortalarına qədər Şimali Koreya kiberhücumlar vasitəsilə on milyonlarla dollar dəyərində kriptovalyuta oğurlayıb və bu vəsaitləri öz raket proqramı üçün istifadə edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd olunur.
Hesabatda “Chainalysis” kibertəhlükəsizlik şirkəti tərəfindən yanvar ayında dərc edilmiş araşdırmaya istinad edilir. Araşdırma müəlliflərinə görə, Şimali Koreya hökumətinin nəzarətində olan hakerlər təkcə ötən il 400 milyon dollar dəyərində rəqəmsal aktivlər oğurlayıblar. Hakerlər Şimali Amerika, Avropa və Asiyada ən azı üç kriptovalyuta birjasını
sındırıblar.
Araşdırmada bildirilir ki, bu tip kiberhücumlar Pxenyanın nüvə və raket proqramı üçün mühüm gəlir mənbəyidir. Belə ki, BMT-nin hələ 2019-cu ildə açıqlanan hesabatında qeyd edilirdi ki, kiberhücumların köməyi ilə Şimali Koreya kütləvi qırğın silahlarının yaradılması proqramı üçün təqribən 2 milyard dollar vəsait toplayıb.
BMT-nin hesabatına görə, BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya nüvə sınaqları keçirməyi və ballistik raketlər buraxmağı qadağan etsə də, Pxenyan hərbi nüvə proqramını inkişaf etdirməyə davam edir. O, kiberhücumlar və birgə elmi tədqiqatlarla yanaşı, bu proqram üçün lazım olan material və texnologiyaların axtarışını da həyata keçirir.

Araşdırmanın nəticələri BMT-nin KXDR-ə qarşı sanksiyalarla məşğul olan komissiyasına da təqdim edilib.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir