ABŞ Polşanın Ukrayna ilə sərhədinə 2 min əsgər göndərdi

abs ordu efqan

NATO-nun şərq cinahını gücləndirmək üçün ABŞ-dan Polşaya 1,7 min nəfərlik əlavə hərbi qüvvə gəlib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak məlumat verib.
“Biz davamlı olaraq Polşanın və NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndiririk. 82-ci hava-desant diviziyasının əsgərləri yenicə Rzeşov hava limanına eniblər”– deyə o, “Tvitter” hesabında yazıb.

Nazirin sözlərinə görə, ABŞ əsgərləri Polşanın cənub-şərqində, Ukraynadan çox da uzaq olmayan ərazidə fəaliyyət göstərəcək: “Bura təkcə bizim yox, NATO və ABŞ-ın da diqqətini cəlb edir. Əlavə ABŞ qüvvələrinin dərhal gəlişi NATO-nun şərq cinahının üzləşdiyi təhdidlərə ən yaxşı cavabdır. Bu, həm müttəfiqlik öhdəliklərinə çox ciddi yanaşıldığını göstərir, həm də “Birlikdə daha güclüyük” şüarının ən yaxşı sübutudur”.
M.Blaşak əlavə edib ki, ABŞ-dan gələn əlavə hərbi qüvvə Ukrayna sərhədləri yaxınlığında yaranan böhranın artması ilə əlaqədar Polşanın və bütün Alyansın müdafiəsini gücləndirəcək.
Xatırladaq ki, ABŞ-dan Polşaya ilk hərbi qüvvə fevralın 5-də gəlmişdi.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir