Putin və Makronun görüşünün bəzi təfərrüatları məlum olub

2708897

Moskvada Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşün bəzi təfərrüatları məlum olub.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, görüşün əvvəlində Putin Avropada təhlükəsizliyin vəziyyətinin Moskva və Paris arasında ümumi narahatlığa səbəb olduğunu deyib.
Putin Makronun Ukrayna ətrafındakı vəziyyətin nizamlanması və Avropada təhlükəsizlik danışıqlarının aparılması istiqamətində şəxsi səylərinin mühümlüyünə toxunub. Və fransalı həmkarına problemin həllində fəal iştirakına görə təşəkkür edib: “Mən görürəm ki, Fransanın hazırkı rəhbərliyi və şəxsən Fransa Prezidenti Ukrayna böhranının həllində ciddi tarixi perspektiv, eyni zamanda Avropada təhlükəsizliyin təmin edilməsinə dair böhranın həlli üçün nə qədər səy göstərir”.

Makron öz növbəsində, bu danışıqların Ukrayna ətrafında vəziyyətin deskalasiyasını başladacağına inandığını bildirib: “Son həftələr ərzində bir neçə telefon danışığımız oldu. Böhrana baxmayaraq, mən prezident Zelenski ilə Ukrayna ilə bağlı fikir mübadiləsi apara bildim. Həmçinin bir çox avropalı müttəfiqlərlə – britaniyalılar, amerikalılar, kanadalılarla
danışdım. Düşünürəm ki, mənim üçün bugünkü söhbət bizim tutmalı olduğumuz yolu başlada bilər. Bu yol deskalasiyadır. Biz hərbi-siyasi vəziyyəti bilirik, Ukrayna məsələsini bilirik”.
Makron danışıqlarda bütün aktual məsələlərin ciddi şəkildə müzakirə oluna biləcəyindən məmnunluğunu ifadə edib: “Biz Rusiya və bütün Avropa üçün kollektiv şəkildə faydalı cavaba başlaya biləcəyik. Faydalı cavab – müharibədən qaçan və hamı üçün sabitlik və inam yaradan cavabdır”.

Putinlə görüşdən sonra Fransa prezidenti Ukraynaya səfər edəcək və orada Prezident Vladimir Zelenski ilə görüşəcək.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir