Putin və Makron danışıqlarda Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Qarabağla bağlı müzakirə aparıblar.

Bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Putin Qarabağdakı Rusiya sülhməramlılarının işinə yüksək qiymət verildiyini söyləyib: “Biz ATƏT-in Minsk Qrupun həmsədrlərinin fəaliyyətinin, o cümlədən regiondakı hazırki humanitar və sosial-iqtisadi problemlərin həllində vacib əhəmiyyətini təsdiqlədik”.

Rusiya rəhbəri qeyd edib ki, Fransa prezidenti Avropa Şurasının sədri Şarl Mişellə birgə Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə videokonfransının yekunları barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Makronun görüşünün bəzi təfərrüatları məlum olub

Sonrakı məqalə

Makron erməni hərbçilərini aparmaq üçün Azərbaycana təyyarə göndərib