Rusiyanın 6 hərbi gəmisi Qara dənizə yola düşüb –
Rusiya Hərbi Dəniz Donanmasına məxsus 6 hərbi gəmi Qara dənizə yola düşüb.
“Reuters”in verdiyi xəbərə görə, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir ki, gəmilər əvvəlcədən planlaşdırılmış hərbi dəniz təlimlərində iştirak etmək məqsədi ilə Qara dənizə gələcəklər. Xəbərə görə, “Korolev” və “Minsk” döyüş gəmiləri artıq Bosfor boğazını keçib, “Kalininqrad”, “Pyotr Morqunov”, “Georgi Pobedonosets” və “Oleneqorski Qornyak” gəmiləri isə fevralın 10-dək Qara dənizə daxil olacaqlar.
Qeyd edək ki, Rusiya MN ötən ay Sakit və Atlantik okeanlarındakı donanmalar da daxil olmaqla, ölkənin bütün hərbi dəniz donanmalarının yanvar və fevral aylarında təlimlər keçirəcəyini bəyan edib.
