“Zərdüşt Əlizadənin bizə qarşı ittihamı yersizdir” –Müsavat başqanının müavini

“Zərdüşt Əlizadə zaman-zaman Müsavat Partiyası və türkçülük haqqında yersiz fikirlər və ittihamlar səsləndirib”.

Bu sözləri Azpost.info-ya Müsavat başqanının müavini Gülağa Aslanlı politoloq Zərdüşt Əlizadənin fikrlərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Zərdüşt Əlizadə Azpost.info-ya ölkədə partiyaların ideoloji təsnifatı barədə danışarkən Müsavat Partiyasının sağ təmayüllü təşkilat olmadığını deyib. “Müsavat Partiyasını sağ təmayüllü təşkilat hesab etmək doğru deyil. Müsavat sadəcə qaraguruhdur”, – deyə politiloq bildirib.

Gülağa Aslanlı bildirib ki, Zərdüşt Əlizadə azadlıq hərəkatında iştirak etsə də, özünü xərcləyib: “Zərdüşt Əlizadə artıq siyasi səhnədə olmayan, özünü xərcləyən adamdır. Ona görə də Müsavat Partiyasına bu cür ittihamlar səsləndirməklə gündəmdə qalmağa çalışır. O dəfələrlər Müsavat haqqında aşağılayıcı ifadələr işlədib. Lakin biz ona cavab verməyə lüzum görmürük. Getsin özünü müalicə etdirsin”, – deyə Müsavat yetkilisi bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir