Latviya Rusiya vətəndaşlarına viza verməyəcək –

latviya

Latviya Donbasda başladılan hərbi əməliyyatlara görə Rusiya vətəndaşlarına viza verməyəcək.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Edqar Rinkeviç açıqlama verib. “Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Latviyanın Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq, humanitar vizalar istisna olmaqla, Rusiya vətəndaşlarına Latviya vizalarının verilməsini dayandırmaq qərarına gəldim”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, Çexiya da eyni səbəbdən Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir