Ukraynadan qonşu ölkələrə 660 min qaçqın gəlib –

miqrant

“Son altı gündə Ukraynadan qonşu ölkələrə 660 min qaçqın gəlib”.

Azpost.info xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Şabiya Mantu bildirib. Moldovanın Fövqəladə Hallar üzrə Baş Müfəttişliyinin rəhbəri Aleksandr Oprea bildirib ki, son günlər ölkəyə təxminən 70 min əcnəbi daxil olub ki, onlardan da 67,3 min nəfəri Ukrayna ilə sərhədi keçib.

Çexiya qaçqınlar üçün Polşa və Ukrayna sərhədinə iki qatar göndərib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ukraynalı qaçqınları qəbul etməyə hazırdır. Britaniya, ABŞ və Litva da oxşar mövqedən çıxış ediblər.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir