Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib

User 24 Mart 2022 - 14:00 (Last updated: 21 May 2025 - 20:15)
verem02

Ağciyər vərəmi vərəm mikobakteriyası tərəfindən törədilən infeksion xəstəlikdir. Vərəm müxtəlif orqanları zədələyə bilər. Lakin əsasən tənəffüs yolu ilə yoluxan xəstəlik – ağciyər vərəmi geniş yayılıb. Əsas əlamətləri bəlğəmli öskürək, təngnəfəslik və sinədə ağrıdır. Hərarət, gecə tərləməsi, iştaha və çəki itirilməsi, yorğunluq və ümumi halsızlıq kimi simptomlar da ağciyər vərəminin əlamətləri ola bilər.

Bunu AZƏRTAC-a müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının həkim-pulmonoloqu Almas Mütəllimova deyib. Onun sözlərinə görə, vərəm müalicə olunan xəstəlikdir. Müalicə kursu aylarla, bəzən illərlə davam etsə də, xəstəliyin vaxtında aşkarlanması və xəstənin müalicəyə cəlb olunması ilə müsbət nəticə əldə etmək olar.

A.Mütəllimova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib, çünki ötən illərlə müqayisədə yoluxma sayında xeyli azalma var: “İldən-ilə dünyada və ölkəmizdə həm vərəmə yoluxma, həm də həmin xəstəlikdən ölüm hallarında müsbətə doğru artan göstəricilər izlənilir. Sadalananlar arxayınlaşmağa əsas deyil, çünki vərəm mikobakteriyalarının dərmanlara qarşı rezistentliyi qeydə alınır. Bu səbəblərdən vərəmin rezistent formalarını vaxtında aşkarlayıb müvafiq müalicə metodlarını tətbiq etmək lazımdır.

Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina, düzgün qidalanma, fiziki aktivlik, təmiz havada gəzinti, stresdən uzaq olmaq, şəxsi gigiyena qaydalarına əməl etmək kimi sadə addımlar vərəmin profilaktikasında əsasdır.

COVID-19 pandemiyası dövründə həmin tədbirlərin daha da gücləndirilməsi, əlamətlərə ciddi və diqqətli yanaşmaq lazımdır. İmmun sistemi zəif olan şəxslər, aztəminatlı ailələr, spirtli içki aludəçiləri, məhkumlar, qida təminatı zəif olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə xəstəlik riski daha yüksəkdir. Belə insanlar ildə bir dəfə profilaktik müayinədən keçməlidirlər”.

Martın 24-nün Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunduğunu xatırladan mütəxəssis Azərbaycanda da vərəmlə mübarizə istiqamətində profilaktik tədbirlər görüldüyünü və əhali arasında mütəmadi maarifləndirmə işləri aparıldığını diqqətə çatdırıb.

“Unutmayın, cəmiyyətin sağlamlığı hər birimizdən asılıdır”, – deyə A.Mütəllimova fikirlərinə yekun vurub.

Post navigation

Previous: NATO-nun fövqəladə sammiti başlanıb
Next: Çində qəzaya uğrayan təyyarənin mühərriki tapılıb

Oxşar xəbərlər

yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46

xƏBƏR

abs seçki menteqe
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59
ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər. Иu barədə...
Read more about ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi
4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir? burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq” tramp
  • Dünya

Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq”

User 04 Noyabr 2026 - 09:27
Yol polisi sürücülərə müraciət edib yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq” tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.