Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59 (Last updated: 04 Noyabr 2026 - 09:59)
abs seçki menteqe

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər.

Иu barədə “Associated Press” məlumat yayıb.

Senatda demokratlar 52, respublikaçılar isə 40 mandata sahibdirlər.

Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 24, respublikaçılar isə 13 yerə sahibdirlər.

 

Bununla da ABŞ Demokratlar Partiyası noyabrın 3-də keçirilən aralıq seçkilərdə inamlı qələbə qazanaraq Konqresin hər iki palatasına nəzarəti geri qaytarıb. Associated Press və Reuters daxil olmaqla aparıcı Amerika mediasının məlumatına görə, müxalifət Vaşinqtonda siyasi qüvvələr nisbətini köklü şəkildə dəyişib.

Prezident Donald Trampın Respublikaçılar Partiyası onun ikinci prezidentlik müddətinin ilk iki ilində malik olduğu qanunverici çoxluğu itirir.

Senatda sensasiyalı dönüş

Budəfəki səsverməyədək Respublikaçılar Partiyası Senatda 53, demokratlar isə 47 yerə sahib idi. Nəzarəti ələ keçirmək üçün müxalifət öz mövqelərini qorumaqla yanaşı, ən azı dörd mandat qazanmalı idi. Demokratlar bu vəzifənin öhdəsindən gələrək mühafizəkarların sarsılmaz qalası hesab edilən ştatlarda bir sıra tarixi qələbələr əldə ediblər.

Cənubi Karolinada demokrat Enni Endryus hazırkı respublikaçı senator Darlayn Qrehemi məğlub edərək ştatın yuxarı palataya seçkilərində Respublikaçılar Partiyasının 28 illik üstünlüyünə son qoyub.

Texasda demokrat Ceyms Talariko Trampın dəstəklədiyi namizəd Ken Pakstona qalib gəlib. Kanzasda isə metodist keşiş Adam Hamilton senator Rocer Marşalı məğlub edərək demokratların bu ştatda son 94 ildə ilk qələbəsini təmin edib.

Şimali Karolinada keçmiş qubernator Roy Kuper Respublikaçılar Partiyasının namizədi Maykl Uotlidən mandatı alıb. Ohayoda isə Şerrodd Braun Con Hastedə qalib gələrək yenidən Senata qayıdıb.

Eyni zamanda demokratlar özlərinin əsas mövqelərini də qoruyublar: Con Ossoff Corciyada yenidən senator seçilib, Kris Pappas isə Nyu-Hempşirdə mandat qazanıb.

Respublikaçılar yalnız Floridada mövqelərini qorumağa nail olublar. Bu ştatda Eşli Mudi qələbə qazanıb.

Nümayəndələr Palatası və qubernator seçkilərində sıçrayış

Konqresin aşağı palatasında da Decision Desk HQ analitikləri çoxluğun Demokratlar Partiyasına keçəcəyini proqnozlaşdırırlar. Çoxluq üçün tələb olunan minimum 218 mandat olduğu halda, Cook Political Report ekspertləri demokratların 230-240 yer qazanacağını ehtimal edirlər. Bu proqnoz təsdiqlənərsə, fraksiyanın lideri Hakim Cefris Mayk Consonu Nümayəndələr Palatasının spikeri vəzifəsində əvəz edəcək.

36 ştatda keçirilən qubernator seçkiləri də demokratlara az əhəmiyyətli olmayan qələbələr gətirib.

Atlantanın keçmiş meri Keyşa Lens Bottoms Corciyada keçirilən seçkilərdə qalib gələrək ABŞ tarixində ştat qubernatoru seçilən ilk qaradərili qadın olacaq.

Texasda demokrat Cina İnohosa ştatın uzun illərdir rəhbəri olan respublikaçı Qreq Ebbottu vəzifədən kənarlaşdırıb.

Florida respublikaçı Bayron Donaldsın seçilməsi ilə fərqli nəticə nümayiş etdirib. Nyu-York və İllinoys ştatlarında isə hazırkı demokrat qubernatorlar Keti Hokul və Cey Bi Pritsker öz vəzifələrini qoruyublar.

İqtisadi narazılıq və Ağ Ev üçün nəticələr

Səsvermənin nəticələri əhalinin Ağ Evin hazırkı siyasətindən ciddi narazılığını əks etdirib.

AP Voter Poll sorğusunun məlumatına görə, seçicilərin təxminən 75 faizi ölkədəki vəziyyətdən narazı olduğunu bildirib. Etiraz xarakterli səsvermənin əsas səbəblərindən biri inflyasiya, gömrük rüsumları və İranla hərbi münaqişə fonunda yanacağın bahalaşması nəticəsində yaşayış xərclərinin kəskin artması olub.

Respondentlərin təxminən 70 faizi prezident Trampın qərarları üzərində Konqresin daha sərt nəzarətinin tərəfdarı olduğunu bildirib.

Konqresin 120-ci çağırışı rəsmi olaraq 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.

Hər iki palatada nəzarətin müxalifətə keçməsi Donald Trampın prezidentlik müddətinin qalan hissəsində əsas təşəbbüslərinin qarşısını ala bilər. Demokratlar federal hakim və nazir vəzifələrinə namizədləri rədd etmək, büdcəyə veto qoymaq, həmçinin Ağ Ev administrasiyasının fəaliyyəti ilə bağlı parlament araşdırmaları başlatmaq imkanı əldə edəcəklər.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: 4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?
Next: Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

Oxşar xəbərlər

obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07
tramp
  • Dünya

Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq”

User 04 Noyabr 2026 - 09:27
tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18

xƏBƏR

DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları noyabrın 3-də ölkə ərazisində axtarışda olan 100 nəfəri saxlayıblar. Azpost.info xəbər verir...
Read more about Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15
Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq” obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07
ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi abs seçki menteqe
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59
4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir? burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.