Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 804 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 476, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 465, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 403 nəfərdir.
