Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39 (Last updated: 03 Noyabr 2026 - 19:39)
pasinyan01

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il noyabrın 3-də Brüsseldə keçirilən Aİ-nin genişlənməsi sammiti çərçivəsində “Euronews”a müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh, regionun üç ölkəsi arasında əməkdaşlıq və nəqliyyat infrastrukturunun inkişafı Cənubi Qafqazın beynəlxalq ticarətdə yeni rol qazanmasına şərait yarada bilər.

Baş nazir Cənubi Qafqazı vahid region adlandırıb. Onun sözlərinə görə, ölkələr arasında fərqlər olsa da, ümumi maraqlar və birgə yanaşmaların formalaşdırılması üçün imkanlar mövcuddur. “Avropa İttifaqının adından danışa bilmərəm, amma mənim fikrimcə, Cənubi Qafqaz vahid regiondur. Burada, əlbəttə, fərqlər var, lakin ümumi maraqlar da mövcuddur. Ortaq baxışlar və strategiyalar formalaşdırmaq mümkündür”, – Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan ənənəvi olaraq Gürcüstanla sıx və isti münasibətlərə malikdir, indi isə Azərbaycanla da əlaqələr qurur. Baş nazirin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında artıq ikitərəfli ticarət həyata keçirilir. Əməkdaşlığın növbəti istiqaməti isə regional infrastruktur əlaqələrinin inkişafı olmalıdır.

Paşinyan regionda nəqliyyat əlaqələri üçün yeni imkanlar açmalı olan TRIPP layihəsini də xatırladıb. “Hazırda biz regional infrastruktur əlaqələri üçün imkanlar yaradacaq TRIPP layihəsini həyata keçirməyə hazırlaşırıq. Bütün bu proses Cənubi Qafqaza qlobal miqyasda tamamilə yeni rol qazandıra bilər”, – deyə o bildirib.

Baş nazir bu perspektivləri dünya üzrə təchizat zəncirlərində yaranan problemlər və Mərkəzi Asiyanın artan əhəmiyyəti ilə əlaqələndirib. Onun fikrincə, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının inkişafı qlobal təchizat problemlərinin aradan qaldırılmasına və regionun beynəlxalq logistika sistemində əhəmiyyətinin artmasına kömək edə bilər. “Dünya qlobal təchizat zəncirlərinin böhranı ilə üzləşib. TRIPP layihəsi, Ermənistanla Azərbaycan arasında sülh, eləcə də Gürcüstan, Ermənistan və Azərbaycanın, xüsusilə logistika sahəsində əməkdaşlığı bu böhranın aradan qaldırılması üçün yeni imkanlar yaradır”, – Paşinyan deyib.

O əlavə edib ki, region hazırda dünyanın müxtəlif ölkələri üçün əhəmiyyət daşıya biləcək yeni ticarət marşrutunun formalaşması prosesindədir. “Düşünürəm ki, hazırda bir çox ölkə, xüsusilə Avropa İttifaqı, Çin, Yaxın Şərq və Şimali Afrika üçün yeni qlobal ticarət marşrutu yaratmaq prosesindəyik”, – Ermənistanın baş naziri bildirib.

AzPost.az

Post navigation

Previous: Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?
Next: İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.