“Sahil” stansiyası işıqsız qalıb

 Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginliyin düşməsi nəticəsində “Sahil” metrostansiyasının eskalatorları və işıqlanma sistemində qısamüddətli problem yaşanıb.

Bu barədə APA-ya  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 3 dəqiqə ərzində təhlükəsizlik tələblərinə ciddi əməl olunmaq şərti ilə eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında hər hansı xəsarət alan yoxdur.

Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir