Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginliyin düşməsi nəticəsində “Sahil” metrostansiyasının eskalatorları və işıqlanma sistemində qısamüddətli problem yaşanıb.
Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 3 dəqiqə ərzində təhlükəsizlik tələblərinə ciddi əməl olunmaq şərti ilə eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında hər hansı xəsarət alan yoxdur.
Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.