Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan və Litva prezidentlərinin görüşü olub –

User 18 May 2022 - 12:55 (Last updated: 21 May 2025 - 20:15)
ilham litva prez

Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Litva Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

– Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam və ölkəmizdə xoş vaxt keçirməyinizi arzu edirəm. Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq. Səfəriniz çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var. İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.

Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik. İki il bundan öncə bizim videokonfrans vasitəsilə görüşümüz oldu. Mən bu təşəbbüsə görə minnətdaram, bu, bizim ilk tanışlığımız idi. Bu gün isə Sizi qəbul etməyimdən məmnunam. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz və buradan xoş xatirələrlə ayrılacaqsınız. Bir daha xoş gəlmisiniz, səfərinizin xoş keçməyini arzu edirəm.

Litva Prezidenti Gitanas Nauseda deyib:

– Sağ olun, qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan vermək üçün çox yaxşı fürsətdir. Mən ümidvaram ki, biz bu potensialı müəyyənləşdirərək ondan istifadə edəcəyik. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq.

İkitərəfli münasibətlərimiz və iqtisadi əlaqələrimiz əhəmiyyətlidir və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik.

Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.

Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir.

Post navigation

Previous: Azərbaycanın və Litvanın birinci xanımları görüşüb
Next: İspaniya səfiri Rusiya XİN-ə çağırılıb

Oxşar xəbərlər

neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.