Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40 (Last updated: 03 Noyabr 2026 - 11:20)
a01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.

Təşkilatın 3-cü tədbiri 23 oktyabr 2026 cı il tarixində Maştağa qəsəbəsi Seyid İbad Ağa 36, ünvanında yerləşən Mədəniyyət və  Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 1-ci Korpusunda reallaşıb. Tədbirdə Peşə Təhsil Mərkəzinin 20 nəfər tələbəsi iştirak edib.

Tədbirdə Maştağa və Zabrat korpusunun direktoru Əlislam müəllim iştirak edərək tədbiri açıb. Layihənin aktuallığı haqda  danışaraq donor təşkilata və layihəni həyata keçirən QHT-na təşəkkür edib. Sonra sözü  təlimçilərə verib.

Tədbirdə layihənin təlimçisi Əntiqə Qurbanova erkən nikah problemi, onun yaranma səbəbləri, fiziki, psixoloji və sosial fəsadları barədə ətraflı məlumat verib. O, erkən nikahın xüsusilə yeniyetmələrin təhsil imkanlarına, sağlamlığına və gələcək həyatına mənfi təsirlərindən danışıb.

Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə Qanunla müəyyən olunmuş cəzalar barədə məlumat verilib. Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumlar haqda məlumat verilib və onların problemin həlli üçün birgə fəaliyyəti müzakirə edilib. İştirakçıların rəy və təklifləri dinlənilib.

Təlimçinin erkən nikahla bağlı hazırladığı slayd təlimin daha maraqlı və interaktiv olmasına şərait yaradıb.

Layihənin digər təlimçisi Nabat Qəniyeva “Məişət zorakılığı haqqında” Qanundan ümumi məlumat verib.

Slayd vasitəsi ilə Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, bu problemin həlli üçün Qanunda nəzərdə tutulmuş müddəalar, zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi, müxtəlif qurum və strukturların problemin həlli üçün vəzifələri  və məsuliyyətləri barədə məlumat verilib.

Eyni zamanda iştirakçılar Qanunun daha səmərəli işləməsi üçün lazım olan mexanizmlər barədə təkliflər verib, müxtəlif qurumların Qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə edilib.

Tədbirlər maarifləndirmə, müzakirələr və kiçik qruplarla işdən ibarət olub.

İştirakçılar 4 qrupa bölünub. Hər qrupa 3 sual verilib. Qrup daxili müzakirələrdən sonra hər qrupdan 1 nəfər təqdimat edib.

Qrup işləri zamanı iştirakçılara  çay və şirniyyat süfrəsi təşkil edilib.

Tədbir foto və video çəkilişləri ilə müşayiət olunub.

 

AzPost.az

Post navigation

Previous: Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?
Next: Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

Oxşar xəbərlər

a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.