Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qazaxıstanda bu gün referendumdur –

User 05 İyun 2022 - 00:29 (Last updated: 21 May 2025 - 20:15)
nazarbayev

Qazaxıstanda iyunun 5-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumrespublika referendumu keçiriləcək.

Referendumda əhalisinin sayı 19,1 milyon nəfərdən çox olan Qazaxıstanın 11,7 milyondan çox vətəndaşı səs verə biləcək.

Bu məqsədlə Qazaxıstanda və 52 xarici ölkədə ümumilikdə 10 mindən çox seçki məntəqəsi yaradılıb.

Referendumu 25 xarici ölkə və 11 beynəlxalq təşkilatdan 272 nümayəndə izləyəcək.

Referenduma çıxarılan Konstitusiyaya dəyişikliklərin əsas hissəsi super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına keçidə yönəlib. Yenilənmiş Konstitusiyada prezidentin bütün siyasi partiya və hərəkatlardan bərabər məsafəli statusunun möhkəmləndirilməsi, dövlət başçısının ən yaxın qohumlarının dövlət sektorunda rəhbər vəzifələri tutmasına qadağa qoyulması nəzərdə tutulur.

Dəyişikliklər respublikanın birinci prezidenti Nursultan Nazarbayevin rolu və imtiyazları ilə bağlı müddəaları istisna edir. O cümlədən, Qazaxıstanın birinci prezidentinin ardıcıl iki dəfədən artıq dövlət başçısı vəzifəsinə seçilmək hüququ ilə bağlı müddəa, birinci prezidentin statusunun və səlahiyyətlərinin Konstitusiya ilə müəyyən edildiyini bildirən bənd çıxarılır.

Nazarbayevin müstəqil Qazaxıstanın qurucusu, Qazaxıstan Respublikasının ilk prezidenti – Elbaşı kimi qeyd edilməsi və onun statusunun dəyişməzliyinə dair müddəalar da əsas qanundan çıxarılır.

Dəyişikliklərin mühüm bloku insan hüquqları sahəsinə aiddir: Konstitusiya Məhkəməsinin yaradılması, insan hüquqları üzrə müvəkkil statusunun konstitusiya səviyyəsində möhkəmləndirilməsi, ölüm hökmünün tamamilə qadağan edilməsi və s.

Həmçinin, torpağın, onun təkinin, flora və faunasının xalqa məxsus olması, xalq adından mülkiyyət hüququnun dövlət tərəfindən həyata keçirilməsinin Konstitusiyada təsbit edilməsi də təklif olunur.

Post navigation

Previous: “Dövlət ali məktəblərində pullu təhsil yolverilməzdir” –
Next: Elçibəyin qızı atası haqqında kitab yazdı –

Oxşar xəbərlər

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08

xƏBƏR

anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paketin hansı ödənişləri əhatə edəcəyi...
Read more about Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı
Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.