“Referendum iğtişaşların təkrarlanmayacağına zəmanət olacaq” –Kasım-Jomart Tokayev

“Bu gün Qazaxıstan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum yanvardakı iğtişaşların təkrarlanmayacağının zəmanəti olacaq. Biz hadisələrdən müvafiq nəticələr çıxarmışıq”.

TASS-ın  verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Kasım-Jomart Tokayev deyib ki, yanvarda baş verən hadisələrin araşdırılması üçün beynəlxalq ekspertlərin dəvət edilməsinə ehtiyac yoxdur: “İstintaqı səlahiyyətli orqanlar çox diqqətlə, detallı aparır. Cəmiyyətimiz üçün heç nə sirr qalmayacaq”.

Xatırladaq ki, bu il yanvarın əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar zamanı 230 nəfər ölüb, 4,5 mindən çox insan xəsarət alıb. Yanvarın 7-dən ölkədə vəziyyət stabilləşib, yanvarın 19-da fövqəladə vəziyyət rejimi ləğv olunub.

Qeyd edək ki, bu gün Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.

Əvvəlki məqalə

83 yaşlı yapon okeanı təkbaşına üzərək keçdi

Sonrakı məqalə

Mister Binin atəşfəşanlığı ingilisləri qorxudub –