Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib

User 26 İyun 2022 - 11:00 (Last updated: 21 May 2025 - 20:15)
zakir hesenov toplan

Azərbaycan Respublikası müdafiə naziri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib.

 

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müstəqilliyi əbədi, sarsılmaz, dönməz olan Azərbaycan Respublikasının müdafiəsini təmin edən ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, eyni zamanda, regionda sülhün, sabitliyin təminatçısına çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətində milli ordu quruculuğunu yenidən bərpa edən ölkəmiz tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət ordusunun hüquqi bazasını təşkil etmişdi.
Ölkənin suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan və 104 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilib.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, yüksək diplomatik bacarığı və ordumuzun vətənpərvər, qəhrəman əsgər və zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərimizdə öz mövqelərini daha da möhkəmləndirərək cənab Prezidentin rəhbərliyi ilə başlayan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərinə və Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturuq. Eyni zamanda, şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlarda sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, xalqa, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov”

Post navigation

Previous: Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür
Next: Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Oxşar xəbərlər

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.