“Bu sabah ABŞ Prezidenti Co Bayden ilə telefon danışığımız oldu”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində ABŞ lideri Co Bayden ilə bu ölkənin Suriyada terrorçulara göstərdiyi hərbi və maddi dəstəyi müzakirə edəcək.
Bu barədə Ərdoğan NATO-nun sammitə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu mövzuya həmkarı ilə bu gün apardığı telefon danışığı zamanı da toxunub.
Ərdoğanın sözlərinə görə, ABŞ-ın Suriyadakı terrorçulara göndərdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir.
