“Ukrayna taxıl ixracı üçün limanları aça bilməsə, Avropa “miqrant sunamisi” ilə əhatə oluna bilər”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin bloku dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsində miqrant sunamisi olacaq”, – Zelenski bildirib.
O qeyd edib ki, Rusiya Ukraynanı işğal etməklə genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropada milyonlarla insanı girov saxlayır.
Azpost.info
