ABŞ-ın Müdafiə Nazirliyi Rusiya qoşunlarının Qara dənizdəki Zmeinıy adasından çəkilməsinin səbəbini açıqlayıb.
Pentaqonun rəsmi saytında bildirilib ki, bu addım xoşniyyət daşıyan jest deyil.
“Ukraynalılar bir müddət əvvəl əldə etdikləri “Harpun” raketləri ilə uğurlu müqavimət göstərdilər və təchizat gəmilərinə hücum etdilər. Bu yolla ukraynalılar Rusiya ordusunun əməliyyatları dəstəkləməsini çətinləşdirdi və bura Ukrayna ordusu üçün əlçatan oldu. Son nəticədə rus ordusu adanı tərk etdi” – deyə Pentaqonun saytında bildirilib.
Pentaqon hesab edir ki, Zmeinıy adasının Ukraynanın nəzarətinə keçməsi Odessanın müdafiəsini asanlaşdırar, həmçinin Rusiyanın nəzarəti olmadan dəniz yolunu açmağa imkan verər.
