“ABŞ-ın Venesuela iqtisadiyyatını sarsıtmaq planları baş tutmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov venesuelalı həmkarı Karlos Faria ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Biz bilirik ki, amerikalılar və onların müttəfiqləri Venesuela iqtisadiyyatının təməllərini nə qədər ciddi şəkildə sarsıtmaq istəyirlər. Bu planların gerçəkləşməyəcəyi artıq bəllidir. Venesuela iqtisadiyyatı bu cür təzyiqlərə tab gətirmək qabiliyyətini nümayiş etdirir. Təbii ki, biz buna hər cür kömək edəcəyik”, – Lavrov bildirib.
Azpost.info
