Polis ABŞ-ın Müstəqillik Günü paradı zamanı silahlı hücumda şübhəli bilinən şəxsi saxlayıb.
Azpost.info xəbər verir ki, bu, 22 yaşlı çikaqolu reper Robert Krimodur.
Həbs zamanı Krimo “Honda” markalı avtomobildən əllərini yuxarı qaldıraraq yerə uzanıb.
Hücum bir gün əvvəl, iyulun 4-də Çikaqo şəhəri yaxınlığındakı “Highland Park”da baş verib. Cinayətkar parad iştirakçılarına atəş açıb.
“Reuters”in məlumatına görə, hadisə zamanı 6 nəfər ölüb, 36 nəfər yaralanıb.
ABŞ prezidenti Co Bayden hadisədən şoka düşdüyünü deyib və “silah zorakılığı epidemiyası” ilə mübarizə aparacağına söz verib.
Azpost.info
