“ABŞ Rusiyanın xaricdəki resursları ilə bağlı sərəncam verməməlidir, çünki Rusiyanın da geri alacağı şey var”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Dürüst olmaq zəiflik deyil, verəcək cavabımız həmişə var. Qoy, Amerika hər zaman yadda saxlasın ki, orada ərazinin bir hissəsi var – Alyaska. Resurslarımızla bağlı qərar verməzdən əvvəl bizim də geri alınacaq bir şeyimizin olduğunu düşünsünlər”, – Duma sədri bildirib.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova CNN-in köşə yazarı Frederik Pleytgenin Ukraynadakı vəziyyətlə bağlı suallarını cavablandırarkən tarixi torpaqlar və Alyaska haqqında zarafat etmişdi.
Rusiya prezidenti Vladimir Putin isə açıqlamalarının birində demişdi ki, I Pyotr əraziləri qaytarırdı və eyni aqibət müasir Rusiyanın da üzərinə düşüb.
Azpost.info
